COVID-19-dan ölənlərin sayı artır - Ölümdən dönən xəstə görün nələr danışdı - VİDEO

COVID-19-dan ölənlərin sayı artır - Ölümdən dönən xəstə görün nələr danışdı - VİDEO
SOSİAL
09:53 17.11.2021
877
Azərbaycanda son üç gün ərzində 86 nəfər koronavirus infeksiyasının qurbanı olub. Bunu açıqlanan rəsmi rəqəmlərdən görmək mümkündür.

AZXEBER.COM xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Eyni zamanda 7 502 nəfər COVID-19-un qurbanına çevrilib.

Mənzərənin ağırlığını göstərmək üçün ifadə vasitələrindən istifadəyə ehtiyac yoxdur. Süni nəfəs aparatlarının bir-birini əvəzləyən siqnalı həyəcan təbilinin ən təbiisidir. "Real TV"-nin əməkdaşı modul xəstəxanaya çevrilmiş Abşeron rayon idman kompleksində olub və müalicə alan COVID xəstələrini danışdırıb.

Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya müraciət edən Samir Cabbarov hələ də ciddi həkim nəzarəti altındadır. Obrazlı desək ciyərlərindəki buzlar ərisə də təhlükə hələ sovuşmayıb.
OXŞAR XƏBƏRLƏR