İngiltərənin nüfuzlu universitetlərindən biri olan Kings College London tərəfindən keçirilən və 2274 yaşlı insanın iştirak etdiyi sorğuda diqqətçəkən nəticələr əldə edilib.
London Kings College tərəfindən dərc edilən sorğuda Covid-19 epidemiyasının yalan olduğunu düşünənlərin sayı kifayət qədər çox olub.
Sorğuda iştirak edənlərin əksəriyyəti yayılan virusun saxta olduğunu iddia edib.
Respondentlərin 12%-i Covid-19 epidemiyasının qlobal miqyasda məcburi peyvənd məqsədilə istifadə edildiyini desə də, 19% bunun doğru olduğunu bildirib.
Bu insanların 80%-i peyvənddən razı qaldıqlarını bildirərkən, sorğuya qatılanların 11%-i peyvənd olunduğuna görə peşman olduqlarını bildiriblər.
Qeyd edək ki, 13 iyun 2023-cü il tarixinə qədər dünya üzrə 690 milyon 295 min 159 nəfər Covid-19-a yoluxub. 662 milyon 751 min 851 nəfər xəstəlikdən sağalıbsa, 6 milyon 890 min 598 nəfər xəstəlikdən dünyasını dəyişib.
Ayşən