COVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılmayacaq

COVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılmayacaq
SOSİAL
17:48 28.12.2021
473

Gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan edilir.

AZXEBER.COM xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda müəyyən yerlərə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür: "Ancaq vaxtı keçmiş COVID-19 pasportu ilə həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq”.

OXŞAR XƏBƏRLƏR