COVID-19 peyvəndi dünya əhalisinin 25%-i üçün əlçatan olmaya bilər

SAĞLAMLIQ
10:50 16.12.2020
556
Dünya sakinlərinin, təxminən, 25%-i, böyük ehtimalla, 2022-ci ildən əvvəl koronavirus peyvəndi əldə edə bilməyəcək.

Bu barədə "Reuters” agentliyi ABŞ-ın Cons Hopkins Universitetindən olan alimlərin bilgilərinə istinadən məlumat yayıb.

"COVID-19 peyvəndlərinə qlobal çıxış ilə bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsi ilə yox, həm də hökumətlərin və peyvənd istehsalçılarının tədarük barədə razılaşmalar çərçivəsində daha şəffaf və hesabatlı olmamaları ilə əlaqədardır”, - araşdırmada deyilir.

Alimlərin fikrincə, bu gün müvafiq maliyyə imkanlarına malik ölkələr pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51%-ni artıq sifariş edib. O cümlədən yoluxma hallarının dünya göstəricisinin 1%-dən də az olduğu Avstraliya, Kanada və Yaponiya hökumətləri 1 milyarddan çox dozada peyvənd sifariş edib. Beləliklə, dünya əhalisinin 85%-nin yaşadığı daha zəif maliyyə qaynaqları olan ölkələr peyvəndlərin yerdə qalan hissəsini öz aralarında bölüşdürmək məcburiyyətində qalacaqlar.

Nəticədə aparıcı əczaçılıq şirkətləri planlaşdırılmış istehsal gücünə çatmağı bacarsalar da, dünya əhalisinin, təxminən, 25%-i 2022-ci ilin əvvəlinə qədər peyvənd əldə edə bilməyəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ