"COVİD-ə yoluxan xəstə o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib"

"COVİD-ə yoluxan xəstə o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib"
SOSİAL
13:38 29.03.2021
669
İnfeksionist Vüqar Cavadzadə "COVID-19” evdə düzgün müalicə olunmadıqları haqqında paylaşım edib.
 
Onun sözlərinə görə ev şəraitində tibb bacıları tərəfindən baxılan xəstərlər yanlış dərmanlarla müalicə olunur:

"Son günlər ev şəraitində baxdığım "COVİD-19” xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün modulda işləyən tibb bacıları evdə xəstələrə ağıllarına gələn dərmanı vururlar.

Xəstələrə deyirlər ki, biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlarsa, biz hamısın bilirik, biz ağır xəstələri dirildirik. Xəstələr də inanır, canlarını tibb bacılarına etibar edirlər.

Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər, narahat olmayın, "COVID” də elə bu cür olur. Ehtiyac olmadığı halda vena daxili infuziyalar yeridilir. El dilində desək, sistemlər köçürülür. Mənə sistem vur bədənim yuyulsun.

Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar.

Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar isə "Kalsium qlükonat”, "Essensiale”, "Riboksin”, "Aktovegin”dir. Bu dərmanları yəqin həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

"COVİD”-də laxtalanma artdığı halda xəstələrə "Kalsium qlükonat” vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin.

Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə "Essensiale” vurulur?! O qədər müasir hepatoprotektorlar, yaxud da "Aktovegin” var. Elmi cəhətcə sübuta yetirilmişdir ki, bu dərmanın heç bir effekti yoxdur”.

Vüqar Cavadzadənin sözlərinə görə, bu işdə aptek işçilərinin də günahı var. Onlar müalicə üçün effektsiz və bahalı dərmanlar verirlər:

"Digər bir məsələ - adam gedir aptekə, deyir, evdə "COVID” xəstəsi var, hansı dərmanlar lazımdırsa, verin. Aptek işcisi də yığır bahalı dərmanlardan iki çanta, deyir, vurun düzələcək. Xəstə yaxını isə sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur, onda yadına düşür ki, hə, həkimə müraciyət etmək lazımdır. Həkim də gəlir baxır, görür ki, xəstənin saturasiyası düşüb, xəstə ağırlaşıb. Xəstə xəstəxanaya getməlidir. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib. Sonra da xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar, evdə öldürüb gətirmisiz.

Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəlcə tibb bacısı müalicə edib.

Sonra da deyirlər ki, niyə bu qədər ölüm var?”
 
Aydın Nuri
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib