Cozef Aun Livanın yeni Prezidenti seçilib

DÜNYA
20:24 09.01.2025
182
Livan ordusunun komandiri Cozef Aun ölkənin yeni Prezidenti seçilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, Livan parlamenti Cozef Aunu ölkənin yeni prezidenti seçib.

Cozef Aun 2017-ci ildə general rütbəsinə yüksələrək Livan Silahlı Qüvvələrinin komandanı təyin edilib.

OXŞAR XƏBƏRLƏR