ABŞ Prezidenti Cozef Bayden iyulun 12-də Finlandiyanın paytaxtı Helsinkiyə səfər edəcək.
Bu barədə Finlandiya Prezidentinin Ofisindən bildirilib.
Birləşmiş Ştatlar lideri orada bir gecə qalacaq. İyulun 13-də Helsinkidə C.Baydenin iştirakı ilə Şimali Avropa ölkələrinin sammiti keçiriləcək.
ABŞ Prezidentinin hansı oteldə qalacağı bəlli deyil.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Finlandiyaya səfər edərkən "Hilton” mehmanxanasının yanında yerləşən Kalastayatorppa dövlət iqamətgahında qalıb.