Cozef Bayden: "Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik"

Cozef Bayden: "Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik"
DÜNYA
13:26 01.01.2022
332
"Ukrayna mövzusunda hərbi addımlar atılsa, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik”.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq”, - o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bundan sonra Bayden jurnalistlərə müsahibə verib.
OXŞAR XƏBƏRLƏR