"Crocus City Hall"da terror aktı qurbanlarının yarısı yanğından həlak olub

"Crocus City Hall"da terror aktı qurbanlarının yarısı yanğından həlak olub
HADİSƏ
10:18 03.08.2025
178
2024-cü ildə Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı qurbanlarının təxminən yarısı orada baş vermiş yanğından ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS-ın sərəncamında olan cinayət işinin materiallarından məlum olur.

Sənədlərə əsasən, 149 nəfərdən 70-ə yaxını yanğının fəsadları nəticəsində dünyasını dəyişib, onlarda güllə yaraları və ya hər hansı bir digər xəsarətlər qeydə alınmayıb.

Digər şəxslər aldıqları güllə yaralarından həlak olublar, bəzilərinin isə ölüm səbəbini müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Dörd silahlı konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, hücum nəticəsində 149 nəfər həlak olub, 609 nəfər yaralanıb. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd edib, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıb.
 
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR