“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi saxlanıldı

“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi saxlanıldı
DÜNYA
21:31 08.04.2024
143
Rusiya İstintaq Komitəsi "Crocus City Hall”un konsert zalında baş verən hadisə ilə bağlı daha bir nəfər saxlanılıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə RT-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi məlumat verib. Bildirilib ki, "Crocus City Hall”I yanğın təhlükəsizliyinə məsul şəxs və yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin "Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı aparılan istintaqın son nəticələrini dinləyib.

Rusiya İstintaq Komitəsi "Crocus City Hall”un konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyən edib.

stintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə artıq bu barədə məlumat verilib.

"İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, - deyə komitədən vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı iştirakçılarının dindirilməsi videosunu dərc edib.

Dindirilmələr zamanı həbs olunanlar əlaqə saxladıqları şəxsin adının "Sayfullo” olduğunu deyiblər.

Bildirilib ki, o, bir ay ərzində hədəfi müəyyən edib və silahların çatdırılmasından tutmuş cinayətkarların Ukraynaya qaçış marşrutuna qədər zəncirin bütün halqalarını əlaqələndirib.

"Crocus Siti”yə hücumun iştirakçıları terror aktından sonra Kiyevə qaçmaq niyyətində olduqlarını təsdiqləyiblər.

Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər "Crocus City Hall” konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar.

Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar.

Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb.

Son məlumatlara görə, "Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı