Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb

Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
İDMAN
15:21 28.06.2026
292
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR