Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb

Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
DÜNYA
15:32 28.06.2026
854
Fransada ictimai səhiyyə orqanları rekord həddə çatan isti hava dalğası nəticəsində iyunun 24-dən bəri təxminən 1000 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.

Reuters -in məlumata görə, bu göstərici əvvəlki dövrlərlə müqayisədə gözləniləndən artıq ölüm hallarını əks etdirir. Ölənlərin 85 faizi 65 yaşdan yuxarı şəxslər olub.

Ən ciddi vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Xüsusilə Paris və ətrafını əhatə edən İl-de-Frans regionunda evdə baş verən ölüm hallarında kəskin artım müşahidə edilib.

Səhiyyə qurumu bildirib ki, bu vəziyyət tək yaşayan və sosial təcrid şəraitində yaşayan insanlara daha çox diqqət yetirilməsinin vacibliyini bir daha göstərir.

Rəsmilər qeyd ediblər ki, açıqlanan rəqəmlər hələ yekun deyil və qocalar evlərindən daxil olacaq məlumatlar nəzərə alındıqdan sonra ölüm sayının daha da artacağı istisna edilmir.

Bir neçə gün davam edən rekord istilərdən sonra bazar günü Fransanın əksər bölgələrində hava temperaturu nisbətən aşağı düşsə də, ölkənin şimal-şərq hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.

Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, isti hava dalğasının sağlamlığa təsiri temperatur normallaşdıqdan sonra da 7-10 gün davam edə bilər.

Alimlər hesab edirlər ki, bu cür ekstremal isti hava dalğalarının tezliyi və intensivliyi iqlim dəyişikliyi səbəbindən artır. Son həftələrdə Avropanın bir çox ölkəsində temperatur rekordları yenilənib, nəqliyyat, enerji və səhiyyə sistemlərinin fəaliyyətində ciddi çətinliklər yaranıb. /apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni AÇIQLAMA
01:16 27.09.2026
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni AÇIQLAMA
Ukraynada virus həyəcanı: Sürətlə naməlum infeksiya yayılır
00:52 27.09.2026
Ukraynada virus həyəcanı: Sürətlə naməlum infeksiya yayılır
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
00:46 27.09.2026
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
00:35 27.09.2026
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
00:19 27.09.2026
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Azərbaycanda Anım Günüdür
00:01 27.09.2026
Azərbaycanda Anım Günüdür
Lənkəranın ən böyük kəndlərindən birində içməli su PROBLEMİ - VİDEO
23:49 26.09.2026
Lənkəranın ən böyük kəndlərindən birində içməli su PROBLEMİ - VİDEO
Payızda mövsümi infeksiyalardan qorunmaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
23:33 26.09.2026
Payızda mövsümi infeksiyalardan qorunmaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
23:23 26.09.2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
23:17 26.09.2026
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
23:04 26.09.2026
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
22:52 26.09.2026
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
22:49 26.09.2026
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
22:36 26.09.2026
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
22:16 26.09.2026
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
21:58 26.09.2026
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU