Bu gün cüdoçularımızdan Rüstəm Orucov (73 kq) Olimpiadanın 1/16 finalda mübarizəyə başlayıb.
AZXEBER.COM-un məlumatına görə, təmsilçimiz Cənubi Afrika Respublikası təmsilçisi Qideoan van Zilanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz rəqibini ippon fəndi ilə məğlub edib. Rüstəm Orucovun növbəti mərhələdə rəqibi rusiyalı Mənsur İsayev olacaq.