Məşhur aktrisa Culiya Roberts ötən bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real"la "Barselona" arasında keçirilən "El-Klassiko"nu izləyib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
O, Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra "Real"ın futbolçuları Kriştianu Ronaldu, Serxio Ramos və "Barselona"lı Lionel Messiylə şəkil çəkdirib.
Onunla Serxio Ramos arasında qısa dialoq da olub.
Culiya Robers Ramosa deyib: "Sən bu gün həmişəki kimi əla oynadın".
Məşhur aktrisa oyundan sonra həmçinin stadionun meydançasına daxil olub və orda da şəkil çəkdirib.