Culiya Roberts Messi və Ronaldo ilə bir arada - FOTOLAR

Culiya Roberts Messi və Ronaldo ilə bir arada - FOTOLAR
MAQAZİN
14:11 26.04.2017
1062
Məşhur aktrisa Culiya Roberts ötən bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real"la "Barselona" arasında keçirilən "El-Klassiko"nu izləyib.
 
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. O, Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra "Real"ın futbolçuları Kriştianu Ronaldu, Serxio Ramos və "Barselona"lı Lionel Messiylə şəkil çəkdirib. Onunla Serxio Ramos arasında qısa dialoq da olub.
 
Culiya Robers Ramosa deyib: "Sən bu gün həmişəki kimi əla oynadın". Məşhur aktrisa oyundan sonra həmçinin stadionun meydançasına daxil olub və orda da şəkil çəkdirib.
 

 

 


 

OXŞAR XƏBƏRLƏR