Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
SOSİAL
18:17 29.06.2025
779
Bir neçə gün öncə "Baksol” yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.

AZXEBER.COM xəbər verir ki, bədbəxt hadisə ilsə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb:

"Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.

Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.

Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün öncə "Baksol” yolu adlanan ərazidə yolun çökməsi səbəbilə 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya quyusuna yıxılıb. Axtarışlardan sonra gəncin meyiti Hövsanda kanalizasiya kollektorundan tapılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
14:58 14.08.2025
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR
14:49 14.08.2025
Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR
“AFB Bank” faiz gəlirlərinin artımına görə sonuncudur
14:45 14.08.2025
“AFB Bank” faiz gəlirlərinin artımına görə sonuncudur