"Üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı deyirəm" - Qənirə Paşayeva

"Üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı deyirəm" - Qənirə Paşayeva
SOSİAL
10:31 03.08.2017
16514
Dünən Naxçıvanda baş verən dəhşətli hadisəyə millət vəkili Qənirə Paşayeva da biganə qalmayıb.
 
AZXEBER.COM xəbər verir ki,xanım deputat baş vermiş hadisəni qınayaraq, bunları deyib:
 
Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam...

4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır. Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm.. Amma bu üçüncü dəhşətli hadisədir ki keşkə ölüm hökmü olsaydı demişəm. Yəni o qədər dəhşət içərisindəyəm. Bu cür bir neçə rəzil,vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam bu hadisədən öncə də qeyri-normal həyat yaşayıb, işki aludəçisi olub, bir neçə gün əvvəl anası döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata dondərmək üçün işlər, tədbirlər artmalıdır, heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir. Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi sou verlişlərə deyil bu cür verlişlərə ehtiyacı var cəmiyyətin. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım siz lap dindar kimi danışırsınız" deyə yazdı. Bunun nə əlaqəsi var axı. Mübarizə aparmayaq uşaqlarımız alkol aludəçisinə çevrilsin,içərisində yırtıcı yatan bəziləri də alkolun aşırı dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərərmi vursun deməliydim. Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil. Yenə də deyirəm,əziz valideynlər uşaqlarınızı spirtli içkilərdən,siqaretdən, narkotikdən və qumardan uzaq tutun. Əziz insanlar ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa laqeyid olmayın müvafiq qurumlara xəbər edin.Yerli qurumlar bu məsələlərə xüsusi diqqət edin. Çünki belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər. Məncə cəmiyyət olaraq bu xəbərdən dəhşətə düşüb, üzüldükdən sonra qısa zamanda unutmamalıyıq. Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyid yanaşmamalı,"mənə nə" deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq belə halların təkrarlanmaması üçün. Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı cəkməlidir ki bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun! 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib