Cütlüklərin evlənmədən öncə eyni evdə yaşamağı düzgündür?

Cütlüklərin evlənmədən öncə eyni evdə yaşamağı düzgündür?
MARAQLI
17:23 07.10.2025
390
Son illər gənclər arasında evlilik öncəsi birlikdə yaşamaq halları artır. Bəziləri hesab edir ki, cütlüklər evlənmədən əvvəl bir-birilərini yaxından tanımalı, münasibətlərini sınamalıdırlar. Bu mövzu sosial şəbəkələrdə də müzakirə edilir. 

Sosioloq Üzeyir Şəfiyev AZXEBER.COM-a deyib ki, bu hallar Azərbaycan cəmiyyəti üçün xarakterik deyil:

"Bu bizim cəmiyyətimizə uyğun hərəkət sayılmır. Azərbaycanda evlilikdən öncə tanışlıq və nişanlılıq dövrü mövcuddur. Cütlüklər həmin müddətdə müxtəlif şəraitdə bir-birilərini tanıyır və toya qədər qoyulan mərhələlər məhz buna xidmət edir. Düşünürəm ki, Avropa və Qərbin bir çox ölkələrində mövcud olan bu ənənələr Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycan cəmiyyətinin adət-ənənəsinə, mentalitetinə və arxitekturasına uyğun deyil”. 

Ekspert deyib ki, Azərbaycanın özünəməxsus ailə institutu var:

"Biz çalışmalıyıq ki, ailə institutunu və ailə dəyərlərini qoruyub gələcəyə ötürək. Xarici dəyərləri və ənənələri qəbul etməmək lazımdır, çünki belə ənənələr cəmiyyətimizin sosial xarakterini dəyişə bilər”.

Sosioloq qeyd edib ki, xarakterini gizlədən insanlar hər vəziyyətdə bunu bacarır:

"Ömürboyu özünü gizlədib yaşayan insanlar var. İnsanlar fərqli rollarda oynayır. Ona görə də insanlar qarşısındakı özləri insanı tanımalı və qiymət verməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR