"CZN Burak"dan dağıntılar altında qalan sosial şəbəkə fenomeni haqda: Hələ də sağ qalma ehtimalı...

"CZN Burak"dan dağıntılar altında qalan sosial şəbəkə fenomeni haqda: Hələ də sağ qalma ehtimalı...
DÜNYA
13:01 10.02.2023
286
Zəlzələdə dağıntılar altında qalan fenomen Taha Duymazın pərəstişkarları verilən açıqlamaları yaxından təqib edirlər.
 
AZXEBER.COM xəbər verir ki, yemək videoları ilə məşhurlaşan və fenomenə çevrilən Taha Duymaz Hatayda zəlzələdə zərər çəkib. Duymazla bağlı son açıqlamanı qastronomiya yazıçısı və yemək tənqidçisi Vedat Milor verib.

Hataydakı zəlzələdən sonra fenomen Taha Duymaz və ailəsi dağıntılar altında qalıb. Acı xəbəri məşhur fenomenin bacısı Semiha Duymaz sosial media hesabında açıqlayıb. Məşhur müğənni Derya Uluğ AFAD-ın Taha Duymazın olduğu dağıntılara gəldiyini bildirib. CZN Burak yeni açıqlamasında son vəziyyəti paylaşarkən, Vedat Milordan həyəcanlı bir açıqlama gəlib.
 
Vedat Milor Twitter hesabından verdiyi açıqlamada "Taha Duymaz və ailəsinin təcili termal kamera və səs yazıcısına ehtiyacı olduğu deyilib. Bina həyat üçbucağı şəklində çökdüyündən həmin binada yaşayan insanların hələ də sağ qalma ehtimalı var. Ünvan: Akevler Mahallesi, 432 küçəsi 2/2 BEDİ 
 
CZN Burak sosial media hesabından yeni açıqlama verib: "Dostlar, kran gəldi. AFAD dünəndən işləyir. Allah rəhmət eləsin. Davam edirik". 
 
O, yeni açıqlamasında "İnşallah Taha qardaşımızı dağıntılar altından çıxaracağıq. Təəssüf ki, 8 mərtəbəli binanın 1-ci mərtəbəsindəki xalası evində qardaşı Mələk və Umutla birlikdə zəlzələdə yaxalandığı üçün digər mərtəbələrdə adamlar olduğundan dərhal daşınması mümkün deyil” - deyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR