Braziliyada təşkil olunan dünya çempionatının ən gözəl qolu müəyyənləşib.
"DÇ-2014"ün bombardiri, Kolumbiya millisinin hücumçusu Xames Rodriqesin Uruqvayın qapısına vurduğu qol ən yaxşı seçilib.
FİFA-nın rəsmi saytının 4 milyondan çox izləyicisinin səsverməsi nəticəsində Rodriqesin qolu birinci olub. Robin van Persinin İspaniya yığmasına vurduğu qol isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha öncəki iki mundialın da ən gözəl qolunun müəllifi Cənubi Amerika təmsilçiləri olmuşdu. "DÇ-2006"da Maksi Rodriqes (Argentina), "DÇ-2010"da isə Dieqo Forlan (Uruqvay) ən gözəl qolun müəllifi seçilmişdi. (qol.az)