DÇ-2018-in 31-ci iştirakçısı müəyyənləşdi - SİYAHI

DÇ-2018-in 31-ci iştirakçısı müəyyənləşdi - SİYAHI
İDMAN
15:53 15.11.2017
1375

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. 

Pley-off mərhələsinin cavab oyununda Avstraliya öz meydanında Hondurası qəbul edib. İlk görüş qolsuz bərabərliklə tamamlanmışdı. Cavab oyununda isə Avstraliya 3:1 hesablı qələbə qazanmaqla mundiala yüksəlib.

Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 31-ə çatıb:

Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Avstraliya.

Qeyd edək ki, DÇ-2018-in son iştirakçısı sabah səhər Bakı vaxtı ilə start götürəcək Peru - Yeni Zelandiya matçından sonra müəyyənləşəcək. İlk matçda hesab açılmayıb.

Onu da qeyd edək ki, bu dünya çempionatı rekord sayda - 5 müsəlman ölkəsinin (İran, Misir, Səudiyyə Ərəbistanı, Tunis, Mərakeş) iştirakı ilə tarixə düşəcək.

///lent.az
OXŞAR XƏBƏRLƏR