Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda növbəti qol vurulub.
Argentina seçməsindən Antso Fernandes 87-ci dəqiqədə fərqi iki topa çatdırıb - 2:0.
00:25
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
64-cü dəqiqədə Lionel Messi Argentina seçməsini hesabda önə keçirib - 1:0.
00:05
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Hələlik qarşılaşmada hesab açılmayıb.
23:50
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
23:04
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
21:55
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.
AZXEBER.COM-un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.
Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.