DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi
İDMAN
22:29 21.06.2026
252
2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda 2-ci turun İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb.
AZXEBER.COM xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmada İspaniya millisi 4:0 hesabı ilə qələbə qazanıb.
Görüşün baş hakimi braziliyalı Rafael Klaus olub.
Matçda hesabı İspaniya millisinin vingeri Lamin Yamal 10-cu dəqiqədə açıb. Bu qol futbolçu üçün dünya çempionatlarında ilk olub. İspaniya yığmasının hücumçusu Mikel Oyarsabal 21-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. Üç dəqiqə sonra isə dubl edib. Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqola imza ataraq yekun hesabı müəyyənləşdirib - 4:0.
2-ci turun nəticələrindən sonra İspaniya millisi 4 xal toplayaraq H qrupunun turnir cədvəlinə başçılıq edir. Səudiyyə Ərəbistanı isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
3-cü turda İspaniya yığması Uruqvayla (27 iyun), Səudiyyə Ərəbistanı isə həmin gün Kabo-Verde ilə qarşılaşacaq.