DÇ-nin 27 iştirakçısı bəllidir: Təxmini səbətlər bilindi

DÇ-nin 27 iştirakçısı bəllidir: Təxmini səbətlər bilindi
İDMAN
19:21 30.03.2022
474
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) püşkatma mərasimi aprelin 1-də keçiriləcək.

İndiyədək 27 ölkənin milli komandası 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək mundiala vəsiqə qazanıb.

Son 5 vəsiqənin taleyinə pley-off qarşılaşmalarından, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi zonasında son tur oyunlarından sonra aydınlıq gələcək.

Avropa

Vəsiqə qazananlar: Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə

Vəsiqə qazanmağa namizədlər: Uels, Şotlandiya və ya Ukraynadan biri

Afrika
Vəsiqə qazananlar: Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya

Vəsiqə qazananlar: Qətər (meydan sahibi), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Vəsiqə qazanmağa namizədlər: BƏƏ, Avstraliya

Cənubi Amerika

Vəsiqə qazananlar: Argentina, Braziliya, Ekvador, Uruqvay

Vəsiqə qazanmağa namizəd: Peru

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF)

Vəsiqə qazanan: Kanada

Vəsiqə qazanmağa namizədlər: ABŞ, Meksika, Kosta-Rika

Okeaniya

Vəsiqə qazanmağa namizəd: Solomon adaları, Yeni Zelandiya

Püşkatma zamanı isə təxmini səbətlər belə ola bilər:

1-ci səbət

Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya

2-ci səbət

Niderland, Danimarka, Meksika*, Almaniya, ABŞ*, İsveçrə, Uruqvay, Xorvatiya

3-cü səbət

Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

4-cü səbət

Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Solomon adaları/Yeni Zelandiya/Kosta-Rika*

Püşkatma zamanı konfederasiyalar nəzərə alınacaq. Avropa istisna olmaqla, heç bir qitə təmsilçiləri eyni qrupa daxil edilməyəcək. Hər qrupda ən azı bir, ən çoxu üç komanda UEFA üzvləri olacaq.

Qətər meydan sahibi kimi A qrupunda yer alacaq. 1-ci səbətdəki digər 7 komanda reytinqin ilk "7-liy”ində yer alan komandalardır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR