Dünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

ŞOU-BİZNES
17:42 06.04.2011
2469

 

Sessiyanın açılışında Azərbaycan prezidenti İlham Əliyev, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu və İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışları nəzərdə tutulub. İlk iclas sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunacaq.

Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba sədrlik edəcək. Növbəti tədbir Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının Mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmerin sədrliyi ilə “Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs” mövzusuna həsr olunacaq. Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcək.

Qeyd edək ki, forum YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKOtərəfindən dəstəklənir.

OXŞAR XƏBƏRLƏR