Dünyanın ən böyük zümrüd daşı - FOTO

MARAQLI
08:18 18.06.2011
5814

Dünyanın ən böyük zümrüd daşı ilk dəfə olaraq öz doğma vətəni Kolumbiyada nümayiş etdirilib. Ağırlığı 2 kiloqram yarıma bərabər 15 min karatlıq daş 12 il əvvəl Kolumbiyada mədəndə tapılıb. 

Daş öz orijinal formasında saxlanılıb. Kolumbiya Zümrüd İstehsalçıları Assosasiyasından verilən məlumata görə bu, dünyada indiyə kimi tapılmış ən böyük daşdır. Bir karat zümrüdü vəziyyəti və keyfiyyətindən asılı olaraq 1000 -100 min dollar arası satmaq olar. 

Qeyd edək ki, indiyə kimi bu daşın dünyanın bir çox yerlərində nümayişi keçirilsə də, təhlükəsizlik səbəbindən Kolumbiyada təqdim olunmamışdı.

OXŞAR XƏBƏRLƏR