Çəkiləri normadan artıq olan və ya izafi kiloqramlara malik qadınların tam əksəriyyəti bunu gözəlliklərinə xələl gətirən məqam hesab edirlər.
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Donna Simpson isə özündən, çəkisindən, əndamından və yaşamından razıdır.
42 yaşlı Donna Ginnesin Rekordlar Kitabına düşüb. O, dünyanın ən kombul qadını sayılır.
Di gəl, Donna yeməyini azaltmaq və ya arıqlamaq niyyətində deyil.
"Nə olub mənə ki?! Gözəlliyimlə fəxr edirəm. Bundan sonra da belə qalmaq fikrindəyəm", - çəkisi 310 kq olan Simpson deyib.
O, srağagün fast-fud restoranına gedərək "doyunca" yeyib.
Nahar zamanı Donna Simpsonun həzmi-rabedən keçirdiyi ərzağın siyahısı da maraqlıdır.
Belə ki, Donna həmin naharda iki qızardılmış hinduşka, iki toyuq, 2,3 kq vetçina (donuz əti), 4 kq göy-göyərti, 4 piroq, 3 kökə, 2 kq qızardılmış kartof, 7 çörək, 3 kilo kök, 4 kilo alma, 3 kilo kartof püresi, 1 kilo salat, 1 kq alma cemi, 0,5 kq çiyələk mürəbbəsi, 2 litr giləmeyvə şirəsi, 2 litr qazlı şirəni həcm edib.
14 yaşlı Devin və 3 yaşlı Jaklinin anası olan Donna Simpson Yeni İl Bayramında nahar rekordu vurmaq niyyətindədir.
"Həmin gün bayramdır. Buna görə də 5 qızardılmış hinduşka yeyəcəyəm. Bəs nə?! Mənim kimi gözəl xanım yaxşı qidalanmalıdır", - Simpson deyib. //milli.az










































