Dünyanın səbirsizliklə gözlediyi İngiltərə şəhzadəsinin toyunun tarixi bəlli oldu.Taxtın II sıradakı varisi Şahzadə Villiam və 8 il bərabər olduğu sevgilisi Kate Middleton 29 aprel 2011-ci ildə evlənəcəklər.
Middelton, Ledi Diananın gəlin olduğu kilsədə dünya evinə girmək istəyir. Toy Vestminister Abbey kilsəsində keçiriləcək. Bu kilsə min ildir kral ailəsinin törənlərinə ev sahibliyi edir.
Toyun məhz, bu kilsədə keçirilməsinin Şahzadə Villiam üçün daha ayrı bir səbəbi var. 1997-ci ildə həyatını itirən anası Şahzadə Diananın da, cənazə törəni Vestminster Abbeydə keçirilmişdi.
Qeyd edək ki, Cütlüyün toyu şahzadə Diana və Çarlzın evlənməsinin 30 illiyinə təsadüf edəcək.