DİLƏNƏ-DİLƏNƏ MİLYONER OLDU - VİDEO

MARAQLI
12:01 08.01.2011
2505

Amerikada 10 ildir küçələrdə yaşayan dilənçi Ted Uilyamsın həyatı bir neçə gün ərzində 180 dərəcə dəyişildi. Çəkildiyi video “YouTube” saytında rekord qıran Uilyams əvvəl küçələrdən qurtuldu, daha sonra illərdir görmədiyi anası ilə görüşdürüldü. Hal-hazırda isə bu qərib dilənçi milyon dollarlıq iş müqaviləsi imzalamaq üzrədir. 


Qeyd edək ki, daha əvvəl spikerlik (aparıcılıq) kursunu bitirən Ted Uilyams alkoqol və narkotik aludəçisi olduğu üçün arvadı və 5 qızından ibarət ailəsindən ayrılmış, daha sonra küçələrə düşübmüş. 

Məlahətli səsə sahib olan aparıcı 53 yaşından təsadüfən kəşf edilib və ona Amerikanın hər yerindən radio və televiziyada aparıcılıq etmək üçün təkliflər gəlməyə başlayıb. 

Onun hələ də narkotik aludəçisi olduğunu hesab edən arvadı isə Tedlə yenidən birlikdə yaşamağı düşünmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR