Dadaşov komandasına qələbə qazandırdı

Dadaşov komandasına qələbə qazandırdı
İDMAN
23:00 08.03.2025
365
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunun heyətində növbəti qolunu vurub.

AZXEBER.COM xəbər verir ki, Ekstraklasanın 24-cü turunda "Radomyak" səfərdə "Krakoviya" ilə qarşılaşıb. Gərgin keçən oyunun son dəqiqələrində Dadaşov komandasına qələbə qazandıran qolu vurub. Matç 2:1 hesabı ilə "Radomyak"ın xeyrinə başa çatıb.

25 yaşlı hücumçu oyuna ehtiyat skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olaraq qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra "Krakoviya" 38 xalla 6-cı, "Radomyak" isə 28 xalla 12-ci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR