Daha 1115 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 1115 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
SOSİAL
10:03 13.12.2018
2779
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1519 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, bu günədək onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
09:58 31.03.2026
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək