Daha 15 deputatın namizədliyi qeydə alındı

SİYASƏT
13:58 23.09.2015
1531

Milli Məclisin daha on beş deputatının namizədliyi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bunlar 5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Muxtar Babayev , 45 saylı Abşeron seçki dairəsindən Oqtay Əsədov, 53 saylı Quba- Qusar seçki dairəsindən Yevda Abarmov, 58 saylı Kürdəmir-Hacıqabul seçki dairəsindən Rafael Hüseynov, 67 saylı Cəlilabad seçki dairəsindən Malik Həsənov, 70 saylı Masallı seçki dairəsindən Nəriman Əliyev, 76 saylı Lənkəran-Astara seçki dairəsindən Ziyafət Əsgərov, 83 saylı Ağacabədi-Füzuli seçki dairəsindən Aqil Abbas, 97 saylı Goranboy- Ağdam- Tərtər seçki dairəsindən Ağalar Vəliyev, 103 saylı Gədəbəy seçki dairəsindən Sevinc Hüseynova, 105 saylı Tovuz seçki daiərsindən Qənirə Paşayeva, 111 saylı Zaqatala- Balakən seçki dairəsindən Kamilə Əliyeva, 117 saylı Oğuz- Qəbələ seçki dairəsindən Aqiyə Naxçıvanlı, 122 saylı Xankəndi seçki dairəsindən Flora Qasımovadır.

Qeyd edək ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

OXŞAR XƏBƏRLƏR