Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxdu

Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxdu
SOSİAL
17:59 03.02.2021
2295
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, 10 şagirin hərarəti 37 dərəcədən yuxarı olub.

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.
OXŞAR XƏBƏRLƏR