Daha 2 yaralı vətəndaşımızın təxliyəsi ilə bağlı məsləhətləşmələr aparılır

Daha 2 yaralı vətəndaşımızın təxliyəsi ilə bağlı məsləhətləşmələr aparılır
SOSİAL
18:20 28.12.2024
171
Təyyarə qəzasında xəsarət alan və Qazaxıstanda xəstəxanada müalicə olunan 6 nəfərin vəziyyəti stabilləşib.

Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Manqistau regional çoxprofilli xəstəxanasında müalicə alan şəxslərdən 4-ü reanimasiya, 2-si isə travmatologiya şöbəsindədir.

Məlumatda qeyd olunur ki, müalicə alan 2 Azərbaycan vətəndaşının təxliyə məsələsi ilə bağlı danışıqlar gedir. Onların yola salınması üçün həkimlərlə məsləhətləşmələr aparılır.

Qeyd edək ki, Qazaxıstanda ümumilikdə 3 azərbaycanlı müalicə alır. 
OXŞAR XƏBƏRLƏR