Daha 3 şadlıq sarayının sahibi cərimələndi

Daha 3 şadlıq sarayının sahibi cərimələndi
SOSİAL
13:36 15.07.2021
351
Bərdə Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı "Ay ulduz”, "Kral” şadlıq saraylarında "icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və "Nəqşicahan” şadlıq sarayında isə "COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.
OXŞAR XƏBƏRLƏR