AZXEBER.COM-un məlumatına görə, bu yaxınlarda ANS-dən daha 3 tanınmış jurnalist ayrılıb. Bunlar İdman xəbərlərinin aparıcıları Gündüz Abbaszadə, Məhmən Rəsulov və "Xəbərçi"nin müxbiri Məhsəti Şərifdir. ANS-dən ayrılan jurnalistlərin yeni iş yerləri də məlumdur. Gündüz Abbaszadə və Məhmən Rəsulov yeni açılacaq "Neftçi" jurnalında baş redaktor ve redaktor vəzifələrində çalışacaqlar. ANS-in məşhur imzalarından biri olan, kariyerasına ATV-də başlayan, sonra isə İTV və ANS-də davam etdirən Məhsəti Şərif isə SƏS TV-yə redaktor təyin olunub.
Jurnalistlərin işdən ayrılmasına səbəb ANS-də əməkhaqqının aşağı olmasıdır. Yaxın zamanlarda daha bir neçə tanınmış jurnalistin kanaldan ayrılmağı gözlənilir. Onlar yeni iş yeri tapan kimi telekanaldan uzaqlaşacaqlarını deyiblər.
Xatırladaq ki, bir neçə ay öncə də jurnalistlər kütləvi halda telekanaldan ayrılıb, yeni açılmış ARAZ FM-ə keçmişdilər.