Daha 34 şagird və 21 işçidə koronavirus aşkarlandı

Daha 34 şagird və 21 işçidə koronavirus aşkarlandı
SOSİAL
17:28 17.10.2020
571
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, 7 şagirdin, 6 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 7, məktəblərin sayı isə 2-dir.

İndiyə qədər ölkə üzrə 49 məktəb, 72 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
OXŞAR XƏBƏRLƏR