Daha 4 ölkə qapılarını ruslara bağladı

Daha 4 ölkə qapılarını ruslara bağladı
DÜNYA
11:42 20.09.2022
666
4 ölkə qapılarını Rusiya vətəndaşlarının üzünə bağlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Polşa və Baltikyanı ölkələr Litva, Latviya və Estoniya Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən bu gündən etibarən sərhədlərini Rusiya vətəndaşları üçün bağlayıb. 

Belə ki, Aİ keçən həftə Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini sentyabrın 12-dən dayandırmaq barədə razılığa gəlib. Daha sonra 4 ölkə birgə bəyanatla Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandıracaqlarını açıqlayıb. Tətbiq bu gündən qüvvəyə minib. 

Baltikyanı ölkələr, Polşa, Finlandiya, Çexiya kimi bəzi ölkələr bir müddətdir bu ideyanı dəstəkləsələr də, Fransa, Almaniya, və Yunanıstan administrasiyası kimi üzvlər buna qarşı çıxıb və bunun əvəzinə yalnız nəzarətin gücləndirilməsini istəyiblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR