Daha bir Avrozona ölkəsi müflisləşmək təhlükəsi ilə üz-üzə
DÜNYA
15:56 12.04.2013
1230
Avropada borc böhranı səbəbindən müflisləşmə təhlükəsindən qurulmaz üçün beynəlxalq kreditorlardan kredit istəyən növbəti Avrozona ölkəsi Sloveniya ola bilər. Bu ehtimal bu gün İrlandiyanın paytaxtı Dublində Avroqrupun növbəti iclasından qabaq rəsmi mənbələr tərəfindən səsləndirilib.Dublində Avropa Birliyinə üzv ölkələrin maliyyə nazirlərinin görüşündə Sloveniyada borc böhranı, eləcə də Avropa bankları üzərində vahid nəzarət orqanının yaradılması əsas müzakirə mövzusu olacaq.