Daha bir azərbaycanlı müğənni 16+ klipini təqdim etdi - VİDEO

MAQAZİN
12:27 03.12.2013
2951

Klipdə ukraynalı rəqqasə də yer alıb.

Azərbaycanda geniş müzakirələrə səbəb olacaq daha bir mahnı klipi təqdim olunub.

Oxu.Az xəbər verir ki, “Turkvision” mahnı müsabiqəsindən musiqi produseri kimi tanınan Fərid Ağa“Neznakomka ” adlı mahnıya yeni klip çəkdirib.

Mahnın sözləri İntiqam İbrahimova məxsusudur. Klipdə yer almış şəxslərdən biri isə ukraynalı model Anna Bujinskayadır.

Müğənni və musiqi prodüseri kimi fəaliyyət göstərən 23 yaşlı Fərid daha çox RnB, Soul və Reggae musiqi janrlarında ifa edir.

Qeyd edək ki, bundan əvvəl məşhur reper Qurdun 16+ kateqoriyası altında təqdim etdiyi “Tapın onu” klipi də açıq-saçıq səhnələrə görə rezonans doğurmuşdu və müzakirələrə səbəb olmuşdu. Əcnəbilərin çəkdiyi yarımerotik klipləri normal qarşılayan azərbaycanlı dinləyicilər milli şou-biznesdə bu kimi kliplərin təqdim olunmasına birmənalı münasibət göstərmirlər.

OXŞAR XƏBƏRLƏR