Bu barədə məlumat verən, Kərim bildirib ki, iki yeni duet ifa edib: “Bir duetim çox sevilən xalq artistimizlədir. Digər duet ortağım isə Natavan Həbibidir. Xalq artistimizin adını isə hələ ki, açıqlamıram, bu sirrdir. Amma onu deyim ki, xalq artistimizlə duetimiz möhtəşəm bir iş olacaq. Hamı şoka düşəcək”.
Kərim Abbasov onu da deyib ki, hər iki duetdə ifa olunan mahnıların söz-musiqisi özünə aidir: “Hər iki duetin söz musiqisin özüm yazmışam. İşlərim çoxdur, telekanallarının birində verilişimdə yayımlanacaq”.