Daha bir deputat açıqlaması etiraza səbəb oldu: "Dövlət xəstəxanalarında müayinə pulsuzdur"

 Daha bir deputat açıqlaması etiraza səbəb oldu: "Dövlət xəstəxanalarında müayinə pulsuzdur"
SOSİAL
12:13 22.02.2017
3983

Səhiyyə naziri korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalayıb. Fevralın 20-də imzalanan sənəd «Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə» adlanır.

AzadlıqRadiosu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rafiq Məmmədhəsənovdan müsahibə alıb.

Rafiq Məmmədhəsənov tibb elmləri doktoru, əməkdar elm xadimi, YAP siyasi şurasının üzvüdür.

- Rafiq müəllim, səhiyyə naziri korrupsiya ilə mübarizənin gücləndirilməsini əmr edib. Sizcə, 250 manat maaş alan həkimin rüşvət almaması nə dərəcədə realdır?

- Nə "kaprizni” (şıltaq – red.) sual verirsən? (Gülür – red.). Cəmiyyətdə hərənin özünəuyğun maaşı-zadı var, nə olsun? Korrupsiya, həkimin rüşvət almağı... Dövlət xəstəxanalarında xidmətin hamısı pulsuzdur. Özəl xəstəxanalarda hər müayinənin, müalicənin öz qiyməti var. Necə müqayisə etmək olar? Xəstəxanaların əksəriyyəti dövlətin deyil, axı. Özəl xəstəxanalarda həkimlər nə maaş alır, neynir, - mən bilmirəm. Amma dövlət xəstəxanalarında müayinə pulsuzdur.

- Dövlət xəstəxanlarında rüşvət verilmədiyini deyirsiniz, amma Dünya Bankı bu yaxınlarda Avropa və Mərkəzi Asiyada təhsil və səhiyyə sahəsində ən rüşvətxor ölkələrin reytinqini hazırlayıb. Azərbaycan səhiyyədə rüşvətə görə ön sıradadır, üstəlik, burda 10 adamdan 9-u rüşvət verdiyini deyib...

- Mən bilmirəm o sorğunu kim keçirib, neyləyib. Ağıllarına gələni yazırlar. Onu bilmirəm. Ona görə də həmin sorğu ilə bağlı fikir bildirə bilmərəm. Hərə bir statistika qoyur, hərə bir sorğu keçirir. Kim, harda keçirib, doğrudanmı keçirib? O suala cavab vermək istəmirəm.

- Nazir rüşvətlə, korrupsiyayla bağlı mübarizəni gücləndirmək əmrini imzalayırsa, deməli, dövlət xəstəxanalarında rüşvət var ki bu addımı atır, deyilmi?

- Ölkədə görmürsünüz bu istiqamətdə hansı iş aparılır? Rabitə Nazirliyinin işidir, keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki haqq-hesablardır, görmürsünüz? Bu nazirliklərdə olan işlərin hamısı məhkəmədədir də. Bu əmr də profilaktik məqsədlə verilib...

- Rafiq müəllim, sizcə, səhiyyədə rüşvətin kökünü kəsmək üçün neyləmək lazımdır?

- Qurtardıq. Mən o işlərlə məşğul olmuram, vəssalam.

Rafiq Məmmədhəsənovla AzadlıqRadiosu əməkdaşının söhbəti burda bitir. Daha doğrusu, deputat telefonu söndürməklə söhbəti birtərəfli qaydada bitirir.

Bir gün öncə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov "Report”a müsahibəsində deyib ki, mərkəzdə "xəstələri pulsuz müalicə edirlər”. Onun bu açıqlaması sosial şəbəkələrdə tikanlı qarşılanıb və müzakirələrə yol açıb.

Qadir İbrahimli yazır: "Semaşko xəstəxanasında həqiqətən rüşvət yoxdur, xəstəm olub, Semaşkoya aparmışam, həkim dedi ki, müəllim, 600 manat ver, tibb bacıları da, sanitarlar da mənlikdir, daha heç kimə 1 qəpik də vermə. Doğrudan da heç kim əlavə pul istəmədi məndən”.

Elçin Həsənzadə belə bir status paylaşıb: "Müalicəyə pul tapa bilməyən və ya səhhətində problem olan dostlarım, "Semaşko"nun baş həkimi Ədalət Dadaşov deyir ki, "xəstələri pulsuz müalicə edirik”. Günü sabahdan utanmayın gedin "Semaşko"da həkim müayinəsinə. Pul istəsələr də verməyin, haqınızı tələb edin”.

Tünzalə Rafiqqızı yazır: "Tapın, görüm, bu yalanın rəngi nədir? Ağ, qırmızı?! Tapana "Semaşko”da "çekap” müayinə mənim şotuma!”

Səhiyyə Nazirliyi mətbuat xidmətinin sözçüsü Liya Bayramova da mediaya açıqlamasında dövlət xəstəxanalarında müalicənin pulsuz olduğunu bildirib.

 

Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb