Daha bir dünyaşöhrətli futbolçu 'Qalatasaray'da

İDMAN
15:40 25.02.2013
2046

"Mançester Yunayted”in təcrübəli müdafiəçisi Rio Ferdinand klubu ilə yeni müqavilə imzalmayıb.

Sportliqa.Az xəbər verir ki, Türkiyənin "Fotomaç” qəzeti iddia edib ki, futbolçu artıq "Qalatasaray”la ilkin razılığa da gəlib. Məlumata görə sarı-qırmızılılar Ferdinanda görə illik hətta 2.5 milyon avro da ödəyəcəklər.

Ferdinandın yayda "Qalatasaray”a qoşulması gözlənilir.

Hazırda heyətində Sneyder və Droqba kimi dünya ulduzları olan "Qalatsaray”ın Ferdinandı da transfer etməsi bütün ölkə gündəmini zəbt edib.

Məlumat üçün bildirək ki, 35 yaşlı müdafiəçi 2002-ci ildən "Mançester Yunayted”in şərəfini qoruyur. Ferdinand bu müddətdə 228 matçda forma geyinib və 6 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR