Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir

Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir
SOSİAL
17:36 20.07.2026
2334
Bakıda Zabrat–Maştağa–Bağlar dəmir yolu xəttinin yenidən qurulması layihəsi çərçivəsində Maştağa qəsəbəsində söküntü işlərinə start verilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin icrası ilə əlaqədar ərazidə yerləşən bəzi tikililər, həyətyanı sahələrdəki yardımçı qurğular sökülür. Bunun müqabilində mülkiyyət sahiblərinə kompensasiya ödənilir.

Qeyd edək ki, layihə tamamlandıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkətinin təşkili planlaşdırılır. Dövlət Proqramına əsasən, mərhələli şəkildə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə, Qala, eləcə də Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası da həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR