Yunanıstanın “Aris” klubunun gənclərdən ibarət komandasının futbolçusu Angelos Tsipuras dünyasını dəyişib.16 yaşlı Tsipurasın ürəyi dayanıb.O, klubun bazasına gedən yolda huşunu itirib və özünə gələ bilməyib. Yunanıstan Futbol Federasiyası ölkə çempionatının qarşıdakı turlarında Tsipurasın xatirəsini yad etmək niyyətindədir.