Daha bir hərbi komissarın müavini rüşvət üstündə həbs edilib

Daha bir hərbi komissarın müavini rüşvət üstündə həbs edilib
20:57 19.08.2011
1548

Respublika Hərbi Prokurorluğu 3 aydan artıq Lənkəran Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb. Aparılan yoxlamalar bu ay başa çatıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq Lənkəran rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən polkovnik-leytenant Hüseyn İbrahimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2.3-cü (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, H. İbrahimov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev və bir sıra rayonların hərbi komissarları korrupsiya faktı ilə əlaqədar həbs ediliblər. Respublikanın hərbi prokuroru Xanlar Vəliyev 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
22:41 10.04.2026
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
22:29 10.04.2026
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
22:25 10.04.2026
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
22:11 10.04.2026
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
22:02 10.04.2026
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Gürcüstanda yaşayan azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazanıb
21:55 10.04.2026
Gürcüstanda yaşayan azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazanıb
Qiyməti 350, cəriməsi isə 150 manatdır - Sürücülər, diqqəli olun! - VİDEO
21:48 10.04.2026
Qiyməti 350, cəriməsi isə 150 manatdır - Sürücülər, diqqəli olun! - VİDEO
Sahibkarlara verilən kreditin həcmi açıqlandı
21:40 10.04.2026
Sahibkarlara verilən kreditin həcmi açıqlandı
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:28 10.04.2026
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
21:20 10.04.2026
Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir - ABŞ Prezidenti
21:13 10.04.2026
Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir - ABŞ Prezidenti
ADNSU Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək
21:07 10.04.2026
ADNSU Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək
İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı
20:57 10.04.2026
İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı
Sabiq agentlik sədri açıqladı - “Pullar Seymur Talıbova çatırdı”
20:50 10.04.2026
Sabiq agentlik sədri açıqladı - “Pullar Seymur Talıbova çatırdı”
ABŞ Prezidenti: İran nüvə silahından imtina edəcəyini deyir
20:41 10.04.2026
ABŞ Prezidenti: İran nüvə silahından imtina edəcəyini deyir
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama
20:26 10.04.2026
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama