Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: "Bu əvvəldən belə qurulub, planlanmışdı"

Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: "Bu əvvəldən belə qurulub, planlanmışdı"
MAQAZİN
16:00 28.08.2025
429
Laçında keçirilən IX "Muğam” müsabiqəsinin finalında yaşanan qalmaqal səngimək bilmir. Belə ki, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirərək müsabiqənin qeyri-şəffaf keçirildiyini iddia edibrlər.

Hətta müsabiqənin final mərhələsində Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyərək səhnəni tərk edib.
 
Nəticələrdən razı qalmayan yeddi finalçıdan biri olan Aycan Cavadova AZXEBER.COM-a açıqlamasında münsiflərin ədalətsiz qərar verdiyini bildrib.
 
Onun sözlərinə görə münsiflər iştirakçılar arasında ayrı-seçkilik edib:
 
"Yarışmada olduğum üç ay müddətində münsiflər bir dəfə belə olsa, ifama irad bildimədən ən yüksək balları mən veriblər. Mən qalib olacağıma çox inanırdım. Final zamanı çatanda gördüm ki, ilk üçlük başqa uşaqlara verildi. Hansı ki, ikinci yerə çıxan xanımın ifasına yarışma boyu dəfələrlə irad bildirilmişdi. Onun necə xaric oxuduğu hamıya bəllidir, bütün sosial şəbəkələrdə həmin ifalar paylaşılır. Nəzakət xanım öz tələbəsini ikinci yerə çıxartdı. Amma müsabiqə boyu o mənə deyirdi ki, qızlardan ən güclü ifaçı sənsən. İndi isə deyib ki, "Aycan xaric oxuyur". Bəs belədirsə, niyə mənə aşağı bal verib, iradınızı bildirmirdiniz? Müsabiqə bitən kimi mən Nəzakət xanıma da, Mənsum müəllimə də dedim ki, çox böyük haqsızlıq etdiniz, haqqımı tapdaladınız. Onlar da dedi ki, bizim günahımız yoxdur. Kimdədir bəs günah?".
 
Aycan Cavadova bildirib ki, haqqını tələb etməkdən çəkinməyəcək:
 
"Mən haqqımın tapdalanmasına icazə verməyəcəyəm. Axıra qədər bu işin arxasınca gedib, lazım olan hər yerə şikayətimi bildirəcəyəm. Nəzakət xanım deyir ki, "Biz ən layiqlilərə yer vermişik". Hansı ki, onun öz tələbəsinin zil səsi yoxdur, orta səsi xırıltılıdır. Bunların hamısı göz qabağında baş verib, görüntüləri də var. Bütün "TikTok" şəbəkəsi onun videolarından və bu haqsızlıqdan danışır. Məni üç ay tərifləyə-tərifləyə gətir finala çıxar, sonda da diplom ver, yola sal. Mən birinci yerə layiq olduğum halda o üç yerdən birini mənə layiq görmədiniz? Nəzakət xanımın məndə səs yazısı var. Deyir ki, "İlk üçlükdə hamısı qız ola bilməzdi, oğlana da yer verməli idik". Əgər belədirsə, finala oğlan iştirakçı qalmasa idi, necə olacaqdı? Demək ki, bu əvvəldən belə qurulmuşdu, planlanmışdı".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR