Daha bir itkin-şəhid dəfn ediləcək

Daha bir itkin-şəhid dəfn ediləcək
SOSİAL
11:23 18.05.2026
279
Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Birinci Qarabağ müharibəsində hərbçi kimi iştirak etmiş Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. 


OXŞAR XƏBƏRLƏR