Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı

Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı
SOSİAL
23:26 17.02.2026
891
Daha bir itkin şəhidin nəşinin qalıqları tapılıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, indiyədək itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilib.

Məlumata görə, vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində, şəhidin ata ocağında keçiriləcək. Daha sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb.
OXŞAR XƏBƏRLƏR