Daha bir ölkə Avropa İttifaqını tərk etməyə hazırlaşır - Finlər qərar verəcəklər

Daha bir ölkə Avropa İttifaqını tərk etməyə hazırlaşır -  Finlər qərar verəcəklər
DÜNYA
14:13 26.06.2016
1496
Daha bir Avropa ölkəsi ittifaqı tərk etməyə hazırlaşır. 
Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı referendumdan sonra Finlandiya da belə bir addım atmaq niyyətindədir. Bunun üçün ölkədə petisiya başladılıb.
Petisiyanı "Həqiqi finlər" partiyasının gənclər təşkilatının rəhbəri Sebastyan Tünkkünyen tərtib edib. Partiya hakim koalisiyanın tərkibinə daxildir və avroskeptiklər partiyası kimi tanınır.
Ölkənin Avropa İttifaqından çıxması üçün petisiyanı artıq 10 minə yaxın insan imzalayıb. İmzaların elə təkcə 3,5 mini Böyük Britaniyanın Aİ-ni tərk etməsi referendum nəticələri ilə bəlli olduğu cümə günündə toplanıb.
Tünkkünyenin fikrincə, Britaniyada keçirilən referendumun bənzəri Finlandiyada da keçirilməlidir. "Ölkənin müstəqil olması üçün bu, vacibdir. Avropa İttifaqı Avropada sadəcə xaos yaradır", - deyən petisiya rəhbəri səsvermənin 2017-ci ilin dekabrında keçirilməsini təklif edib.
Finlandiyada buna bənzər təşəbbüs 2013-cü ildə də irəli sürülmüşdü. Həmin vaxt petisiya 30 min imza toplamışdı. Halbuki belə sənədin parlamentdə baxılması üçün 50 min imza toplaması vacibdir.
Finlandiyadan başqa Hollandiya və Fransada da Avropa Birliyini tərk etmək barədə referendum çağırışı edilib. Ümumiyyətlə, istər Britaniya, istərsə də Finlandiya, Hollandiya, Fransada bu ideya tərəfdarları Avropadan çıxamaqla ölkələrinin daha müstəqil siyasət yürüdə biləcəyini bildirirlər.
Ötən həftə Britaniyada Aİ-ni tərk etmək barədə referendum keçirilib. Avropadan ayrılmaq tərəfdarları təxminən 52 faiz səslə üstünlük təşkil ediblər.
Bununla belə, referendum tövsiyə xarakteri daşıyır. Bu, o deməkdir ki, əldə edilən nəticə parlamentin müzakirəsinə çıxarıla bilər. Bu zaman isə xalqın iradəsi yerinə yetirilməyə və Birləşmiş Krallıq Avropanın tərkibi olaraq qala bilər.
Eyni zamanda növbəti referendumun keçirilməsi də mümkündür. Böyük Britaniyanın baş naziri Devid Kemeron Britaniya xalqının iradəsini yerinə yetirəcəyinə söz versə də, növbəti referendumun keçirilməsi ilə bağlı petisiya başladılıb. Sənədin müzakirəsi üçün 100 min imzaya ehtiyac olduğu halda, petisiyanı artıq milyondan çox insan imzalayıb. Beləliklə, iyunun 28-də Britaniya parlamenti Birləşmiş Krallığın Aİ-dən çıxıb-çıxmayacağı ilə bağlı növbəti referendumun keçirilməsini müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır